Ermənistanda daha bir siyasi həbs

Dünya

28.06.2020 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

Keçmiş deputat Manukyan həbs olunub

 

Yerevan Məhkəməsi Çiçəklənən Ermənistan Partiyasından olan keçmiş deputat Abram Manukyanın həbsi ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin tələbini təmin edib. AYNA xəbər verir ki, bu barədə Manukyanın vəkili Hrant Ananyan "Armenpress"ə açıqlamasında deyib.

 

"Bu, heç bir məntiqə uyğun deyil. Qərardan dərhal şikayət verəcəyik. Hakimin belə bir qərar verməyə haqqı yox idi. Bu, siyasi qərardır", - deyə Ananyan söyləyib.

 

Keçmiş deputat Abram Manukyan rüşvət almaqda və rüşvət verməyə təhrik etməkdə ittiham olunur. Onun həbsi “Konsern Multi Group” MMC-nin baş direktoru Sedrak Arustamyanın cinayət işi ilə əlaqədardır.

 

Qeyd edək ki, Abram Manukyan 2003-2007-ci illərdə Ermənistanın Respublika Partiyasının fraksiyasının deputatı, 2012-2018-ci illərdə isə Çiçəklənən Ermənistan Partiyasının deputatı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş