Sergey Lavrov səfirlərlə görüş keçirib
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub.
AYNA “Report”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Rusiya Xarici İşlər nazirinin keçmiş müavini, hazırda isə Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin də iştirak edib.
Görüşdə çıxış edən nazir, Karasinin Rusiya ilə MDB üzvü olan ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə verdiyi böyük şəxsi töhfələri yüksək qiymətləndirib. Lavrov Karasini Rusiya Federasiya Şurasına Saxalin vilayətindən üzv seçilməsi münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.