Efiopiyada etiraz aksiyaları: 166 nəfər həlak olub

Dünya

05.07.2020 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

Min nəfərdən çox aksiya iştirakçısı həbs edilib

 

Efiopiyada davam edən kütləvi iğtişaşlar zamanı 166 nəfər həlak olub. AYNA xarici mətbuata istinadən bildirir ki, ölkənin paytaxtı Əddis-Əbəbə və digər şəhərlərdə baş qaldıran kütləvi etiraz aksiyaları iyunun 30-da musiqiçi və siyasi aktivist 36 yaşlı Haakallu Hundessanın qətli ilə bağlı xəbərin çıxmasından sonra başlayıb.

 

Polis və nümayişçilər arasında qarşıdurma üç gün davam edib. Yerli hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, qarşıdurmalar nəticəsində 166 nəfər həlak olub, min nəfərdən çox insan həbs edilib. Polis həlak olanların əksəriyyətinin müxtəlif icmaların nümayəndələri arasındakı toqquşmasının qurbanları olduğunu deyib. Efiopiyanın baş naziri Abiy Əhməd kütləvi iğtişaşları vətəndaş müharibəsinə təhrik kimi qiymətləndirib.

 

Qeyd edək ki, Efiopiyada hökumətə qarşı iğtişaşlar 4 gündür ki davam edir. Xalq, hakimiyyətin istefasını tələb edir.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş