Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada və Avropada qeydə alınıb
Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 259 848 nəfər artaraq (rekord göstərici, daha əvvəlki iyulun 17-də qeydə alınıb) 13 876 441-ə yüksəlib. AYNA bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əlavə, son 24 saat ərzində daha 7 360 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 593 087-yə çatıb.
Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 306 371 nəfər) və Avropada (3 042 330 nəfər) qeydə alınıb.
Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.