Dünyada koronavirusa 133 mindən çox yeni yoluxma aşkarlanıb

Dünya

24.06.2020 - 05:12

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 133 mindən çox yoluxma aşkar edilib.

 

Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 3 847 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 469 587 təşkil edir.

 

Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 8 993 659 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş