Tanınmış prodüser yubileyinə 2 gün qalmış vəfat etdi

Dünya

25.09.2019 - 07:37

Castin Ronald: "Sənsiz nə edəcəyimi bilmirəm, Mayk"
 
"Simpsonlar” və “Rik və Morti” seriallarının prodüserlərindən biri Coel Maykl Mendel 54 yaşında dünyasını dəyişib.
 
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mendel 55 yaşına iki gün qalmış Los-Ancelesdə həyatdan köçüb. Onun ölüm səbəbi açıqlanmır.
 
“Rik və Morti”nin həmmüəllifi Castin Roynald Mendelin vəfatını şərh edib.
 
“Sənsiz nə edəcəyimi bilmirəm, Mayk. Mən məhv olmuşam”, - o, Tvitter hesabında yazıb.
 
Qeyd edək ki, Mendel 1964-cü il sentyabrın 24-də ABŞ-ın Virciniya ştatında anadan olub. O, 25 ildən çox multiplikasiya industriyasında çalışıb. 10 mövsüm “Simpsonlar” serialı üzərində işləyən Mendel üç epizoda görə “Emmi” mükafatına layiq görülüb. Prodüser “Rik və Morti”nin komandasına 2014-cü ildə qoluşub. O, bu ekran işinin bir epizoduna görə növbəti dəfə “Emmi” alıb.
 
Müəllif: Ayna.az