Putin Brejnevin medalları və öpüşməyi ilə zarafatlaşdı - <font color=red> FOTOLAR</font>

Dünya

06.11.2019 - 05:40

Putin: “Əsas odur ki, kimi öpdüyünü bilsin”

 

Rusiya prezidenti Vladimir Putin “Rusiya tələbə dəstələri” hərəkatının 60-cı ildönümü münasibətilə qəbul keçirib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərəkatın lideri Mixail Kiselyevin medallarına diqqət çəkən Putin onu Sovet KP MK-nın baş katibi Leonid Brejnevlə müqayisə edib. Kiselyev isə cavabında Brejnevə çata bilməyəcəyini deyib. Bu zaman görüş iştirakçılarından biri zarafatla onun elə Brejnev kimi də öpüşdüyünü deyib.

 

Prezident “Əsas odur ki, kimi öpdüyünü bilsin” deyə zarafatını davam etdirib. Kiselyov gülərək “Mən yalnız sevimli həyat yoldaşımı elə öpürəm” cavabını verib.





Müəllif: Ayna.az