O, 3 həftəlik müalicədən sonra dünyasını dəyişib
İsrailin keçmiş Baş Ravvini Eliyahu Baqşi koronavirusdan vəfat edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Yediot Aharonot” qəzeti məlumat yayıb.
Məlumatda Baqşinin, təxminən 3 həftədir ki, Qüds şəhərindəki xəstəxanaların birində müalicə aldığı və həyati funksiyalarının azalması nəticəsində öldüyü qeyd edilib.
Eliyahu Baqşi 1993-2003-cü illər arasında İsraildə Baş Ravvin vəzifəsini icra edib.
Qeyd edək ki, İsraildə Covid-19-dan ölənlərin sayı 103-ə, yoluxanların sayı isə 10 min 878-ə yüksəlib.