Dekabr üzrə bütün sosial ödənişlər başa çatdırılıb

Cəmiyyət

28.12.2021 - 20:25

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik sosial ödənişlərlə bağlı məlumat yayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı tam ödənilməklə yekunlaşdırılıb.

Bu barədə AYNA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Belə ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, dekabrın 15-də güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyaları, dekabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları tam ödənilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş