Daha bir ölkə karantinə “əlvida” deyir

Dünya

08.06.2020 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

Cənubi Afrika Respublikasında məktəblərin açılması qərarı verilib

 

Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan Cənubi Afrika Respublikasında təhsil müəssisələrinin yenidən açılması ilə bağlı qərar verilib. AYNA xəbər verir ki, bu barədə ölkənin Təhsil naziri Angie Motşekqa məlumat verib.

 

Motşekqa təhsil müəssisələrinin 95 faizinin gigyenik qaydalara cavab verdiyini və məktəblərin qoruyucu maskalarla təmin olunduğunu bildirib. İlk olaraq 7 və 12-ci siniflərin dərslərə başlayacağını bildirən nazir, karantin tədbirləri ərəfəsində 1600 məktəbin basqına məruz qaldığını da vurğulayıb.

 

Məktəblərin fəaliyyətə başlaması xəbərini isə yerli “ENCA” televiziyası yayımlanıb. Yayımlanan görüntülərdə şagirdlərin siniflərə girməmişdən əvvəl tempraturlarının yoxlanılması və sosial məsafənin qorunduğu əks olunub.

 

Qeyd edək ki, Cənubi Afrikada 48 min 285 nəfər koronavirusa yoluxub, 998 nəfər isə dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş