COVID-19-un yarım saata müəyyənləşməsi mümkün olacaq

Dünya

22.06.2020 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Yaponiyada koronavirus üçün yeni sürətli test hazırlanıb

 

Yaponiyanın aparıcı əczaçılıq şirkətlərindən biri olan “Şionogi” COVID-19-un müəyyən edilməsi üçün sadə və sürətli test hazırladığını açıqlayıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, ölkənin üç universiteti ilə rəsmən lisenziya müqaviləsi bağlanıb.

 

Maraqlıdır ki, testlər avadanlıq və peşəkar həkim cəlb etmədən təxminən 30 dəqiqə ərzində virusu aşkar etməyə imkan verir. Ağız suyundan götürülən test indi geniş yayılmış PCR aparatlarından heç də geri qalmır. Yeni metodologiya Nihon, Qumma və Tokio Tibb Universitetinin birgə tədqiqatçı qrupu tərəfindən hazırlanıb. Şirkət ilk növbədə Yaponiyaya xaricdən gələn sərnişinlərin yoxlanılması üçün yeni yüngül sınaqlar təklif etmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş