Çində koronavirusun ikinci dalğası başlayıb

Dünya

15.06.2020 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Pekində 10 məhəllə virusun yayılmasının qarşısının alınması məqsədilə karantinə alınıb

 

Çinin Vuhan şəhərində meydana gələn koronavirus, bütün dünyaya yayılaraq bu günə qədər 435 mindən çox insanın ölümünə, 8 milyondan çox yoluxmaya səbəb oldu. AYNA xəbər verir ki, Çin mətbuatı bu gün açıqladığı xəbərdə ölkədə COVID-19-un ikinci dalğasının yaşandığını bildirib. Paytaxt Pekində 10 məhəllə virusun yayılmasının qarşısının alınması məqsədilə karantinə alınıb.

 

Çində son 24 saatda 49 yoluxma aşkarlanıb. Çin Səhiyyə Nazirliyindən verilən məlumata görə, 49 yoluxmanın 39-u daxili, 10-u isə xaricdən idxaldır. Yoluxanların 36-sının Pekindən olduğu dəqiqləşib.

 

Ölkədə son məlumatlara görə, pandemiya dövründə 83 min 181 nəfər yoluxub ki, onlardan 78 min 370-i sağalıb. 4 min 634 nəfər isə koronavirusdan vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş