80 793 nəfər isə xəstəlikdən əziyyət çəkir
Çin Milli Səhiyyə Komissiyası koronavirusla bağlı açıqlama yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada son 24 saat ərzində 11 nəfərin virusdan dünyasını dəyişdiyi, 15 nəfərin isə virusa yoluxduğu bildirilib.
Məlumatda, virusdan ölənlərin 10-nun Hubeydən, 1-nin isə Şaanşi əyalətindən olduğu vurğulanıb.
Qeyd edək ki, Çində Covid-19-dan bu günə qədər ölənlərin sayı artıq 3172 nəfərə çatıb. 80 793 nəfər isə xəstəlikdən əziyyət çəkir.