Baş Nazir xalqa təşəkkür edib
Yeni Zelandiya koronavirusa qalib gələn ilk ölkədir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu ölkədə koronavirusa yoluxan bütün xəstələr sağalıb və bir neçə gündür yoluxma halı qeydə alınmır.
Yeni Zelandiyanın Baş Naziri Jasinda Ardern virusa qalib gəldiklərini və sabahdan bütün qadağaların götürüləcəyini açıqlayıb: “Virusla mübarizə hələ tamamlanmayıb, lakin indiki nəticə böyük uğurdur. Yeni zelandiyalılara təşəkkür edirəm!”.
Sərhədlərin isə bir müddət bağlı saxlanılacağı bildirilib. Səhiyyə Naziri Eşley Blomfild bu həftə ərzində ölkəyə daxil olanların iki həftə ərzində iki dəfə test ediləcəyini deyib.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 7 milyonu keçib, 405 min 195 nəfər isə virusdan dünyasını dəyişib.