ABŞ Türkiyə ordusuna şərt qoydu

Dünya

11.10.2019 - 11:37

“İnsafsız və nisbətsiz” addım atılacağı təqdirdə ABŞ cəzalandırıcı tədbirlərə əl atacaq

 

ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada Tükiyənin “Sülh bulağı” əməliyyatı tənqid olunub.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, hərəkat zamanı vətəndaşlara “insafsız və nisbətsiz” addım atılacağı təqdirdə ABŞ cəzalandırıcı tədbirlərə əl atacaq.

 

Rəsmi məlumatlara görə, etnik təmizləmə və vətəndaşların hər birinə qarşı baş tutan artilleriya və digər odlu silahlardan atəş açılması da buna daxildir.

 

ABŞ-ın hadisələrin gedişatını izlədiyini bildirən səlahiyyətlilər, “bu günə qədər nümunəvi bölgə görmədik” ifadəsini işlədiblər.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə