Çimərliklərə giriş pulsuz olacaq, həmçinin müvafiq qurumlar tərəfindən nəzarət olunacaq
Paytaxtda ictimai çimərliklərin yaradılması istiqamətində işlər aparılır.
AYNA xəbə verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun verdiyi məlumata görə, Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.
İlkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq.
İ.Kərimov qeyd edib ki, çimərliklərə giriş pulsuz olacaq və müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.