Prezident İlham Əliyev yeni təyinatlara imza atıb
Prezident İlham Əliyev Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. AYNA bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Ölkə rəhbəri Mərdan Talıb oğlu Camalovu da Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. M.Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
İlham Əliyevin başqa bir sərəncamı ilə Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Ə.Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə Elşad Eldar oğlu Həsənov təyin olunub.