Koronavirus can almaqda davam edir
Braziliyada son sutka ərzində daha 23 284 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 442 375 nəfər yoluxub. Bu müddət ərzində 87 618 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 614 nəfər olub.
Həmçinin bu günədək 1 838 431 xəstə müalicə olunaraq sağalıb.