Ölkədə son 24 saatda 1206 nəfər COVID-19-dan vəfat edib
Braziliyada son 24 saatda koronavirusa yoluxmuş 1206 nəfər vəfat edib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, son sutkada virusa yoluxanların sayı 54 min 771 nəfər artaraq, 1 milyon 32 min 913-ə çatıb.
Ölkədə ümumi ölüm sayı isə 48 min 954-ə yüksəlib. Bununla da Braziliya ölüm sayına görə İngiltərəni qabaqlayaraq ABŞ-dan sonra ikinci olub. Əhali sayı 211 milyondan çox olan Braziliya Latın Amerikasında koronavirus pandemiyasının mərkəzi olaraq qiymətləndirilir.