İtaliyada Misirin təhlükəsizlik əməkdaşlarına qarşı istintaq başlayıb

Dünya

14.09.2019 - 15:30

İstintaqa cəlb olunan misirlilər gizli xidmət şöbəsinin və Misir polisinin Qahirədəki istintaq bölməsinin üzvləridir

 

İtaliyada Misirin 5 təhlükəsizlik işçisinə qarşı istintaq işi başladılıb. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, İtalya hökuməti 2016-cı ilin fevral ayında Qahirədə italyan tədqiqatçı Giulio Regeninin öldürülməsi ilə əlaqədar olaraq bu qərara gəlib.

 

Yerli mənbələrdən verilən məlumata görə, istintaqa cəlb olunan misirlilər gizli xidmət şöbəsinin və Misir polisinin Qahirədəki istintaq bölməsinin üzvləridir. 

 

Lakin İtaliya mətbuatı Misir mənbələrini təkzib edib. Onlara görə, şübhəli bilinənlərin hamısı Misir Milli Təhlükəsizlik Agentliyinin üzvləridir. 

 

Qeyd edək ki, İtaliya istintaq idarələri hələ keçən həftə Misir Parlamentinin italiyalı həmkarları ilə münasibətləri korlamasından, düzgün əməkdaşlıq etməməsindən şikayətlənmişdi.

Müəllif: Mərahim Nəsib