Huckle məhkəmədə 71 uşağa təcavüz etdiyini etiraf edib
Üç il əvvəl İngiltərədə 200-ə qədər körpə və uşağa cinsi təcavüz etdiyinə görə 22 dəfə ömürlük həbs cəzasına məhkum edilmiş ingilis pedofil həbsxanada öldürülüb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Dull Sutton həbsxanasında 33 yaşlı Richard Huckle adlı məhbusun bıçaqla öldürüldüyü bildirilib.
Məlumat görə, 18 yaşlı fotoqraf yoxsul xristian ailələrinin uşaqlarına ingilis dilini öyrədən könüllü olaraq Malayziyaya gedib. 2014-cü ildə İngiltərəyə qayıtdıqda Huckle Gatvick hava limanında Avstraliya kəşfiyyat idarəsinin göstərişindən sonra tutulub.
Huckle məhkəmədə 71 uşağa təcavüz etdiyini etiraf edib. Ancaq bu sayın daha çox olduğu müəyyən olunub. Hucklenin kompüterində 20 mindən çox foto və video tapılıb.
Huckle məhkəmədə 71 uşağa təcavüz etdiyini etiraf edib