Metropoliten istifadəçilərinə vacib xəbər

Xəbərlər

31.07.2019 - 11:47

“Xətai” stansiyasında təmir işləri yekunlaşır

 

Bakı metrosunun “Xətai” stansiyasında bütün işlər tamamlanma mərhələsindədir.

 

AYNA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov xəbər verib.

 

“Metronun “Xətai” stansiyasında və “Nəriman Nərimanov” elektrik deposunda yük həyətinin tikintisi ərazisində abadlıq işlərinin satın alınması ilə bağlı tender elan edilib. “Xətai” stansiyasında son tamamlanma işləri də başa çatdıqdan sonra tenderin nəticələri əsasında abadlıq işlərinə başlanılacaq”, - deyə o bildirib.

 

Xatırladaq ki, metronun “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar ötən il sentyabrın 27-də fəaliyyətini dayandırıb. (Azertac)

Müəllif: Ayna.az