Ölkədəki son rəqəmlər ölümlərin sayının 19 130-a yüksəldiyini göstərir
İspaniya 14 martdan etibarən sərt karantin altındadır. Digər Avropa xalqlarından fərqli olaraq, İspaniyada uşaqlara hər hansı bir səbəbdən kənara çıxmağa icazə verilmir.
AYNA xarici mediaya əsasən xəbər verir ki, Barselona meri Ada Colau uşaqların evə həbs olunmasına etiraz olaraq hökümətə səslənərək "Uşaqlarımızı azad edin!” şüarı səsləndirib.
Sosial şəbəkədə də fikir bildirən Colau bir çox valideyn kimi uşaqlarının psixoloji və emosional sağlamlığı üçün narahat olduğunu yazıb: "Əsgər olduğumuzu və bunun bir döyüş olduğunu söyləməkdən bezdik. Həyatımıza və bir-birimizə necə qayğı göstərəcəyimizi danışmaq əvəzinə".
Qeyd edək ki, İspaniyada fövqəladə vəziyyət ən azı 26 aprelə qədər uzadılıb. Ölkədəki son rəqəmlər ölümlərin sayının 19 130-a yüksəldiyini göstərir. Son 24 saatda 551 ölüm faktı qeydə alınıb. Virusa yoluxanlaraın sayı isə 182 816 nəfərdir.