Bakıda bu yola işıqfor quraşdırılıb

Xəbərlər

28.01.2021 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində nişanlanma işləri aparılıb

 

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqforlar və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.  

 

Bakı Nəqliyyyat Agentliyindən (BNA) AYNA-ya bildirilib ki, təmir nəticəsində növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib.

 

Ətrafda 2 tam orta məktəbin, 1 uşaq bağçasının yerləşməsi nəzərə alınaraq, bütün istiqamətlər üzrə təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş