Məhkəmə qərarı onun prosesə gəlməməsi ilə bağlı verib
Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan məhkəməyə məcburi gətiriləcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, məhkəmə bu qərarı Ohanyanın prosesə gəlməməsi ilə bağlı verib.
Qərar əsasında hüquq-mühafizə orqanları onu 1 mart 2008-ci il hadisələri ilə bağlı məhkəməyə məcburi şəkildə gətirə bilər.