Çin hakimiyyəti Min Zini casusluq və milli təhlükəsizliyə təhdid etmək şübhəsi ilə saxlayıb
Çin hakimiyyəti ABŞ vətəndaşı Min Zini casusluq və milli təhlükəsizliyə təhdid etmək şübhəsi ilə saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian deyib.
O Min Zinin "qanun çərçivəsində" saxlanıldığını bildirib. Çin həmçinin amerikalıların həbsi barədə Quançjoudakı ABŞ Baş Konsulluğuna məlumat verib.
“Reuters”in mənbələrə istinadən verdiyi məlumata görə, Min Zin Myanmada Strategiya və Siyasət İnstitutunun (ISP Myanmar) icraçı direktorudur. Bu, ölkədəki siyasi və hərbi vəziyyəti araşdıran bir beyin mərkəzidir. Agentliyin mənbələrinə görə, Min Zin təxminən iki həftə əvvəl Çinin cənub-qərbindəki Kunminq şəhərinə gəldikdən sonra saxlanılıb.