“İndi Tehranın müharibəni hərbi üstünlüklə başa vurması üçün ən yaxşı vaxtdır”
“İran ABŞ-ı döyüş meydanında məğlub edib və indi Tehranın müharibəni hərbi üstünlüklə başa vurması üçün ən yaxşı vaxtdır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Vaşinqton silahlı qüvvələrimizin və xalqımızın inadkar və cəsarətli müqaviməti ilə üzləşdi. Müharibəni başa vurmağın ən yaxşı vaxtı üstünlüyümüz olandadır. Biz döyüş meydanında həqiqətən qələbə qazandıq", - deyə Əraqçi vurğulayıb.
XİN başçısı əlavə edib ki, diplomatiya hərbi uğurla sıx bağlıdır və bu da Tehranı amerikalılarla sülh bağlayarkən daha yaxşı şərtlər gözləməyə vadar edir.