“Zelenski rus dilinə təzyiq siyasəti ilə həm seçicilərinə, həm də əcdadlarına xəyanət edib”
“Ukrayna Prezidenti Volodimir Zelenskinin rus dilini Ukraynada qorunan dillər siyahısından çıxarması neonasizmdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova TASS-a deyib.
"Neonasizm fəaliyyətdədir", - deyə o bildirib.
“Zelenski rus dilinə təzyiq siyasəti ilə həm seçicilərinə, həm də əcdadlarına xəyanət edib”, - Zaxarova vurğulayıb.
Qeyd edək ki, Zelenski rus dilinin Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyası çərçivəsində ölkədə qorunan dillər siyahısından çıxarılmasını nəzərdə tutan qanunu imzalayıb.