Bakıda üç dövlətin hərbi qulluqçularının birgə təlimi keçiriləcək

Xəbərlər

27.08.2019 - 11:18

Təlim sentyabrın 6-dək davam edəcək

 

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

 

Bildirilib ki, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

 

Təlim sentyabrın 6-dək davam edəcək.

Müəllif: Ayna.az