Bakıda Türkiyə və Gürcüstanın bayraqları qaldırılıb

Xəbərlər

29.08.2019 - 16:05

“Eternity-2019” təlimində iştirak edəcək Türkiyə və Gürcüstan hərbi qulluqçuları Bakıya gəliblər

 

Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, qonaqlar əvvəlcə hərbi hissənin ərazisində ucaldılan Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Ayna.az