Kamran Əliyev vətəndaş qəbulu keçirib

Xəbərlər

12.06.2026 - 20:49

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluqdan AYNA.AZ-a verilən məlumata görə, iyunun 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun inzibati binasında Nərimanov rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş