Zelenski Ukraynada rus dilinin müdafiəsini ləğv edib

Dünya

13.06.2026 - 10:17

Prezident rus dilinin qorunmalı dillər siyahısından çıxarılması ilə bağlı qanun imzalayıb

Ukrayna lideri Volodimir Zelenski rus dilini Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyası çərçivəsində ölkədə qorunan dillər siyahısından çıxaran qanunu imzalayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk “Facebook”da yazıb.

“Zelenski Ukrayna dil məkanını qorumaq və Avropa öhdəliklərimizi yerinə yetirmək üçün vacib bir qərar olan 4699-IX nömrəli Qanunu imzaladı. Rus dili Ukraynanın Xartiyanın müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb”, - spiker qeyd edib.

Rada müvafiq qanunu 3 dekabr 2025-ci ildə qəbul edib. Kiyev açəqlayıb ki, sənəd xartiyaların təsdiqlənməsi, milli azlıqlar və media haqqında qanunların müddəalarını Avropa Xartiyasının "yenilənmiş rəsmi tərcüməsi"nə uyğunlaşdırır. Xartiya ilə təmin edilən dəstək və xüsusi qoruma rejiminin tətbiq olunduğu dillərin siyahısı yenilənir. Siyahıdan rus dili çıxarılır, "yəhudi" sözü "ivrit dili" ilə əvəz olunur və "çex dili" əlavə edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş