Tətil günlərinin vaxtı bəlli oldu

Xəbərlər

26.08.2019 - 17:00

Həkimlər Klinikalar SEO Xidməti

Məktəbəhazırlıq qruplarında payız tətili 16-20 noyabr, qış tətili 27-31 yanvar, əlavə tətil 1-5 may tarixlərini əhatə etməklə, ümumilikdə 15 gün təşkil edəcək

 

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Bu barədə AYNA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, I yarımil 1 oktyabr-26 yanvar, II yarımil isə 1 fevral-31 may tarixlərini əhatə edəcək. Məktəbəhazırlıq qruplarında payız tətili 16-20 noyabr, qış tətili 27-31 yanvar, əlavə tətil 1-5 may tarixlərini əhatə etməklə, ümumilikdə 15 gün təşkil edəcək. Bu qruplarda məşğələlər həftədə 4 gün olmaqla, 12 məşğələ olacaq. Gün ərzində 3 məşğələ baş tutacaq.

 

Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

 

Məlumata əsasən, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.

 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.

Müəllif: Ayna.az