Xüsusi Riskli Xilasetmə Xidməti hərəkətə keçib

Hadisə

06.09.2019 - 10:31

Xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Suraxanı və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az