Azərbaycanda koronavirusla bağlı bugünkü <font color=red> STATİSTİKA</font>

Cəmiyyət

07.08.2021 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 350 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 nəfər vəfat edib. 10 882 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 625, bu günə qədər isə ümumilikdə 4 107 190 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş