Kürdə suyun səviyyəsi 12 santimetr artıb

Xəbərlər

14.05.2025 - 11:55

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 14-ünə olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 36, Katexçayda 22, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 12, Əsrikçayda 8, Zəyəmçay və Gəncəçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 25, Tərtərçay-Vəngdə 7, Tərtərçay-Kəlbəcərdə 5 santimetr artım qeydə alınıb.

Transsərhəd çayı olan Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb, su sərfi 575 kubmetr/saniyə olmaqla normanın 77 faizini təşkil edir. Qanıx çayının Cəlayir məntəqəsində isə suyun səviyyəsi 10 santimetr artıb, su sərfi saniyədə 188 kubmetr olmaqla normanın 93 faizinə bərabərdir.

Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş