"Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyətini qeyd etdik”
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla görüşüb.
AYNA.AZ xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb: "Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyətini qeyd etdik. Ticarət, investisiya, enerji, KOB, sənaye, infrastruktur və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndirdik".