Rusiyanın indiki geosiyasi rəqibləri ölkədə hakimiyyəti dəyişmək planları hazırlayırlar”
“Bir əsr əvvəl olduğu kimi, Rusiyanın geosiyasi rəqibləri ölkədə sabitliyi pozmağa çalışırlar”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Eynən 100 il əvvəl olduğu kimi, Rusiyanın indiki geosiyasi rəqibləri ölkədə hakimiyyəti dəyişmək planları hazırlayırlar. Rusiyanı tərk edən siyasətçilər Qərb ölkələrinin maliyyə dəstəyindən istifadə edərək Rusiyanı parçalamaq arzusundadırlar”, - deyə qeyd edib.
Narışkin daha əvvəl bəyan etmişdi ki, Britaniya Rusiyaya qarşı təxribatlara əl ata bilər.