Nazirlikdən sərt xəbərdarlıq

Cəmiyyət

28.10.2019 - 15:07

ETSN: Havaya atılmaların qarşısı alınmalıdır

 

Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yenə də şikayətlər daxil olduğundan, ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb. Bu barədə AYNA-ya ETSN-in mətbuat xidmətindən məlumat verilib.

 

Məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.

 

“Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək”, - deyə Nazirlikdən xəbərdarlıq edilir.

Müəllif: Ayna.az