“Referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı sualın cavabı “yox”dur”
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, minimum pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatı referenduma çıxarılmayacaq. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
“Bu islahat lazım idi. Referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı sualın cavabı “yox”dur”, - Makron qeyd edib.
Prezident əlavə edib ki, ölkənin Baş naziri Fransua Bayrou artıq aparıcı siyasi qüvvələr və həmkarlar ittifaqı mərkəzləri ilə islahatlara mümkün düzəlişlərlə bağlı məsləhətləşmələrə başlayıb.
Makron pensiya yaşının artırılmasının 2030-cu ilə qədər ən azı 17 milyard avroya qənaət edəcəyini vurğulayıb.