Azərbaycan Prezidenti paraqvaylı həmkarını təbrik edib

Xəbərlər

14.05.2025 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Santyaqo Penyaya təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya təbrik məktubu ünvanlayıb.

AYNA.AZ xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə

Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş