DİN-dən XƏBƏRDARLIQ

Xəbərlər

14.05.2025 - 10:51

Həkimlər Klinikalar SEO Xidməti

“Telefonla bank kartlarına yönələn sorğular dələduzluğa xidmət edir”

Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

“Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici vatsap zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Bank kart sahibləri diqqətli olmalıdırlarlar, çünki onlayn təhlükə var”, - deyə DİN-in məlumatında xəbərdarlıq edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş