Ayasofya ilə bağlı qərara dünya ölkələrindən münasibət

Dünya

11.07.2020 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Ayasofyanın məscidə çevrilməsi ilə bağlı qərar bütün dünyanın diqqət mərkəzindədir 

 

Ayasofya ilə bağlı qərara dünya ölkələri öz münasibətlərini bildiriblər. AYNA xarici mediaya istinadən xəbər verir ki, Yunanınstanın Baş Naziri Kiryakos Mikotakis bu qərarı “Ayasofyanı dünya mirası olaraq qəbul edən hər kəsi narahat edən bir addım” olaraq qiymətləndirib və Yunanıstanın qınadığını deyib. O, bu qərarın sadəcə Türkiyə-Yunanıstan münasibətlərini deyil, eyni zamanda da Türkiyənin Avropa Birliyi, YUNESKO və bütün beynəlxalq aləmlə əlaqələrinə təsir göstərəcəyini ifadə edib. 


Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil, Mədəniyyət üzrə ixtisaslaşmış qrumu YUNESKO-dan verilən açıqlamada da Türkiyənin bu qərarından məyusluqları ifadə olunub.


Avropa Birliyinin Xarici əlaqələr üzrə nümayəndəsi Josep Borrell, Ayasofyanın ümumbəşəri bir əhəmiyyətə sahib olduğuna diqqət çəkərək, o da bu qərarı “məyusedici” olaraq xarakterizə edib.  


Qərarla bağlı ABŞ da açıqlama verib. ABŞ-ın Xarici İşlər Nazirliyindən verilən açıqlamada “Türkiyənin bu qərarından məyus olduq. Türkiyə hökumətindən Ayasofyanın heç bir əngəl olmadan hər kəsə açıq olacağını təmin etmə istiqamətində planlarını səbirsizliklə gözləyirik”.


“Rus Provaslav kilsəsi”ndən verilən açıqlamada isə bu qərarın daha çox bölünməyə səbəb ola biləcəyi və Ayasofyanın məscidə çevrilməsi ilə bağlı ifadə etdikləri narahatlığın diqqətə alınmaması bildirilib. 


Kipr Respublikası Ayasofyanın məscidə çevrilməsini məmnuniyyətlə qarşıladıqlarını və bu qərara təsir etmə paylarının olmadığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş