Həbsxanaya çevrilmiş bölgənin müsəlmanları "Azadi!" hayqırırlar

Dünya

05.09.2019 - 15:20

Cəmmu və Kəşmir indi böyük həbsxanaya çevrilib

 

"Xahiş edirik, yalvarırıq - susmayın! Sizsə susmayın! Heç nə istəmirik - sadəcə, gördüklərinizi yazın. Yetər ki, bunusa yazın. Bizə divan tuturlar! Bizi məhv etmək istəyirlər".

 

Hindistanın Pəncab ştatından şimala, Cəmmu və Kəşmirə keçmək çox çətindir indi. Hindus və ya Qərb ölkələrindən birinin vətəndaşı deyilsənsə, lap çətindir. Çünki Cəmmu və Kəşmir indi böyük həbsxanaya çevrilib.

 

Srinaqar və Cəmmu şəhərlərinin küçələrində ancaq hind polislər, hərbçilər və xüsusi təyinatlılardır. Hər tərəf tikanlı məftil, xüsusi təlim görmüş köpəkləri tutmuş hərbçilər. Küçələr bomboş. Divarlara "Azadi!" yazılıb.

 

Həbsxanaya çevrilmiş Kəşmirin müsəlmanları "Azadi!" hayqırırlar. Amma dünya kar, kor və lal olub. Qərb Hindistanı dəstəkləyir.

 

Niyə? Nə baş verir Kəşmirdə? Kəşmir müsəlmanları danışdılar. Qəhər boğsa da, sonadək mübarizə aparacaqlarını dedilər. "Biz sınarıq, əyilmərik" söylədilər.

Elchin  Alioglu adlı şəxsin şəkli.

 

Elchin  Alioglu adlı şəxsin şəkli.

 

Elchin  Alioglu adlı şəxsin şəkli.

 

Elchin  Alioglu adlı şəxsin şəkli.

Elçin Alıoğlu

Müəllif: Ayna.az