Liderlərin görüşü başlayıb

Dünya

28.06.2019 - 10:56

Görüş zamanı sabitlik və regional münaqişələr üzrə məsələlər müzakirə olunacaq

 

ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçirilən “Böyük iyirmilik” (G20) sammitində ayaqüstü söhbət ediblər. AYNA xarici mətbuata istinadən xəbər verir ki, sonra iki ölkənin liderlərinin görüşü başlayıb.

 

Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər şəxslər iştirak edirlər.

 

Görüş zamanı sabitlik və regional münaqişələr üzrə məsələlər müzakirə olunacaq.

Müəllif: Ayna.az