Qrenlandiyada ötən ay 197 milyard ton buz əriyib

Dünya

02.08.2019 - 22:31

Qrenlandiyadakı buzlaqlar sürətli şəkildə əriməkdə davam edir

 

Qrenlandiyada iyul ayında havaların isti keçməsinə görə, 197 milyard ton buz əriyib.

 

AYNA xəbər verir ki, CNN-də yer alan xəbərə görə, Danimarka qütb araşdırma institutlarından edilən açıqlamada Qrenlandiyada yalnız 31 iyulda 10 milyard ton buzun əridiyi, iyul ayında bunun, ümumilikdə 197 milyard tona çatdığı qeyd olunub. 


Danimarka Meteorologiya İnstitutunun səlahiyyətlisi bildirib ki, yüksək hava temperaturlarına görə, dörd aydır Qrenlandiyadakı buzlaqlar sürətli şəkildə əriməkdə davam edir.

Müəllif: Ayna.az