Avropada daha bir koronavirus vaksininin ekspertizası başlayıb

Dünya

13.02.2021 - 06:38

Hazırda "Curevac"ın insanlar üzərində sınaqları davam edir

 

Avropa Dərman Preparatları Agentliyi Almaniyanın "Curevac" şirkətinin hazırladığı koronavirus vaksininin ekspertizasına başlayıb.

 

AYNA-nın məlumatına görə, qərar preparatın laborator tədqiqatlarının və ilkin kliniki sınaqlarının nəticələri əsasında verilib.

 

Həmin preparatın koronavirusa qarşı anticisimlərin və immun hüceyrələrinin formalaşmasına kömək etdiyi məlum olub.

 

Hazırda "Curevac"ın insanlar üzərində sınaqları davam edir.

 

Qeyd edək ki, Avropa Dərman Preparatları Agentliyi bu günədək 3 koronavirus vaksininə qeydiyyat icazəsi verib. Ötən ilin sonunda və bu ilin əvvəlində "Pfizer" və "BioNTech" şirkətlərinin vaksini, "Moderna" vaksini, eləcə "AstraZeneca" ilə Oksford universitetinin birgə vaksini qeydiyyata alınıb.

Müəllif: Ayna.az