Gürcüstandan Azərbaycana bütün biletlər satılıb

Xəbərlər

11.06.2026 - 11:52

“Qarşıdakı 1 aylıq dövr üçün Azərbaycandan Gürcüstan istiqamətində biletlərin böyük əksəriyyəti satılıb“

“Qarşıdakı 1 aylıq dövr üçün Azərbaycandan Gürcüstan istiqamətində biletlərin böyük əksəriyyəti satılıb“. AYNA.AZ bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin açıqlamasında deyilir.

ADY bunu yüksək tələbatla əsaslandırıb : “Hazırda qarşıdakı 1 aylıq dövr üçün Azərbaycandan Gürcüstan istiqamətində biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycan istiqamətində isə bütün biletlər satılıb".

"Sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Tbilisi–Bakı istiqaməti üzrə qatara əlavə vaqon qoşulmuş və satışa yeni biletlər çıxarılıb”, - deyə açıqlamada vurğulanıb

Qeyd edək ki, ADY  yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşulduğunu elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş