Rusiya Ermənistanı İran və Türkiyəyə dəyişib

Dünya

11.06.2026 - 15:17

Rusiya Ermənistandan idxalın yerini tutmaq üçün digər ölkələrdən balıq alışını artırıb

Rusiya Ermənistandan idxalın yerini tutmaq üçün digər ölkələrdən balıq alışını artırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin rəhbəri Sergey Dankvert TASS-a bildirib.

O qeyd edib ki, Rusiya Ermənistandan diri balıq idxalına məhdudiyyətlər qoymalı olduğunu başa düşüb: “Buna görə də digər ölkələrdən idxalını artırıb. Məsələn, Rusiya alabalıq idxalını İran və Türkiyəyə yönəldib”.

Dankvert vurğulayıb ki, təchizatçıların sayının artırılması prosesi sadələşdirir.

“Geniş seçimlər olduqda, hər hansı bir təchizatçıdan asılılıq mümkün deyil və nəticədə hər hansı bir məhsulun çatışmazlığı mümkün deyil”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş