"Ermənistan cəmiyyətində Rusiya ilə münasibətlərin inkişafına açıq bir tələb var"
“Ermənistanın Avrasiya inteqrasiya strukturlarına üzvlüyü boş vədlər deyil, real fayda gətirir. Ona görə də erməni xalqı arasında Rusiya və bu strukturlarla münasibətlərin inkişaf etdirilməsinə açıq tələb var”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Sputnik”ə deyib.
"Ermənistan cəmiyyətində Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin mütərəqqi inkişafına, Ermənistanın boş vədlərlə qidalandırmaq əvəzinə, real, hiss olunacaq fayda gətirən Avrasiya inteqrasiya strukturlarına davamlı üzvlüyünə açıq tələb var", - XİN rəsmisi qeyd edib.
Diplomat vurğulayıb ki, erməni xalqının Rusiyanın da olduğu kimi, ikitərəfli əlaqələrə dəstəyi bu əlaqələrin nə təklif etdiyini həqiqi şəkildə anlamağa əsaslanır: "Rusiyaya gəldikdə isə, bu tələb dürüstdür; o vədlərə və ya məlumatların manipulyasiyasına deyil, dürüst bir anlayışa əsaslanır. İnsanlar bu seçimi, bu dəstəyi qarşılıqlı fəaliyyətin real, hiss olunacaq nəticələrinə əsaslanaraq nümayiş etdirirlər. Onlar görürlər, qiymətləndirirlər və dəstəkləyirlər”.
Bəzi erməni ekspertlər isə Zaxarovanın açıqlamalarını, ümumiyyətlə son günlər Rusuya rəsmiləri tərəfindən səsləndirilən bəyanatları Ermənistana və ermənilərə mesaj kimi xarakterizə edirlər.